22 avqust 2017, 13:00

Emin Məlikovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətiniz bizi daim sevindirir. Sizin uğurlarınız Azərbaycanın daha da inkişaf etməsinin əyani sübutudur.

Möhtərəm Prezident, mən bir salyanlı olaraq Sizin Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə imzaladığınız Sərəncama çox sevindim.

Allah Sizi Vətənimizin başı üstündən əskik etməsin. Var olun, cənab Prezidentimiz!

Hörmətlə,

Məlikov Emin Cəfərağa oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.