24 avqust 2017, 17:00

X.Quliyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər şəhəri Vüqar Həsənov küçəsində yerləşən 4 və 5 saylı binalarda yaşayırıq. Yaşadığımız binaların dam örtükləri, fasadları uzun illər təmir olunmadığından bərbad vəziyyətdə idi. Sizin Tərtər şəhərində çoxmənzilli binaların təmiri ilə bağlı imzaladığınız Sərəncamınızdan sonra binalarımızın dam örtükləri dəyişdirildi, fasad hissələri təmir edildi, giriş blokları rəngləndi. İndi binalarımız göz oxşayır.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun.

Vüqar Həsənov küçəsindəki 4 və 5 saylı binaların sakinləri adından dərin hörmət və ehtiramla,

Quliyev X

Yusifova M

Həsənova K

Yadigarova S

Sarıyeva T

Zeynalov A.

Azərbaycan Respublikası, Tərtər şəhəri.