Gerb

24 avqust 2017, 19:00

Möhtərəm cənab Prezident,

İqtisadiyyatımızın gücləndirilməsi, xalqımızın xoş və firavan həyat sürməsi, yaxşı yaşaması üçün yorulmadan çalışdığınızı görür və bunu yüksək qiymətləndiririk. Sizin Sərəncamınız əsasında inşa edilən Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi başa çatdı. Bu yolun tikintisi onun keçdiyi kəndlərin əhalisinin hədsiz sevincinə səbəb oldu.

Cənab Prezident, yolun tikintisinə göstərdiyiniz qayğıya görə görə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, Sizin xalqımızın güzəranının yaxşılaşmasına, sosial problemlərinin həllinə göstərdiyiniz diqqət və qayğınızın bariz nümunəsidir. Yolunuz hər zaman açıq olsun.

Hörmətlə,

Xudaverdiyev Tacəddin.

Azərbaycan Respublikası, Neftçala rayonu, Yuxarı Qaramanlı kəndi.