25 avqust 2017, 13:00

Kərəm Məmmədov və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizdə sabitlik qorunub saxlanılır, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, quruculuq işləri aparılır, insanlar rahat yaşayırlar. Azərbaycan bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır.

Sizin rəhbərliyiniz sayəsində ölkəmiz gündən-günə inkişaf edir. Biz gədəbəylilər çox sevinirik ki, ölkəmizin hər yerində olduğu kimi, Gədəbəy rayonunda da abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır.

Hörmətli cənab Prezident, bu işlərin davam etdirilməsi ilə bağlı avqustun 22-də imzaladığınız Sərəncamınıza görə bütün gədəbəylilər, o cümlədən rayon ağsaqqalları və ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Gədəbəylilər Sizin kimi müdrik rəhbərin ətrafında sıx birləşiblər və daim Sizinlədirlər.  

Rayon ağsaqqalları və ziyalıları adından dərin hörmətlə,

Məmmədov Kərəm
Həsənova Mətanət

Məmmədov Süleyman

Əliyeva Məlahət

Şirinov Ramiz

Qurbanov Səlim

Qasımov Ramiz

Nəbiyev İsmayıl və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.