Gerb

26 avqust 2017, 10:00

Hörmətli cənab Prezident,

Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Artıq neçə ildir ki, Sizin sərəncamlarınız əsasında respublikanın şəhərlərində çoxmənzilli binaların əsaslı təmiri işlərinə başlanılıb. Ötən ilin sonunda imzaladığınız Sərəncamınıza uyğun olaraq, Zərdab şəhərində də çoxmənzilli binaların əsaslı təmiri işləri aparılır. Binaların dam örtükləri dəyişdirilir, fasadları boyanır, binaətrafı ərazilər abadlaşdırılır, küçələrə asfalt çəkilir.

Cənab Prezident, bu işlər Sizin xalqa olan diqqətinizin daha bir bariz nümunəsidir. Sizə bütün işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Eminov Əli.

Azərbaycan Respublikası, Zərdab rayonu.