26 avqust 2017, 15:00

Sürəyya Şirinovadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

İsmayılı şəhərində həyata keçirilən abadlıq işlərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

İsmayıllı şəhəri H.Əliyev prospektində 13 nömrəli binada yaşayıram və şəhid ailəsinin üzvüyəm. Yaşadığımız mənzil yararsız vəziyyətdə olduğu üçün çətinlik çəkirdik. Mənzilimizin təmiri ilə bağlı müraciətimiz tez bir zamanda öz müsbət həllini tapdı və evimiz təmir edildi.

Ümumiyyətlə, son illərdə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri xüsusi səliqə və sahmanla həyata keçirilir.

Cənab Prezident, bu işlərə görə rayonumuzun sakinləri və şəhid ailələri adından bir daha Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Şirinova Sürəyya, şəhid anası.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.