28 avqust 2017, 09:00

Etibar Ağayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

“Qarabağ” futbol klubunun Çempionlarının Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə Sizi təbrik edir, ölkəmizdə idmana göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Bu uğur tarixi qələbə, komandamızı öz doğma stadionundan didərgin salan bədnam ermənilərə göz dağıdır. İnanıram ki, vaxt gələcək “Qarabağ” klubu öz oyunlarını adını daşıdığı doğma bölgədə keçirəcək və bundan da böyük uğurlar əldə edəcək.

Cənab Prezident, Sizin siyasətinizi dəstəkləyir, müəyyənləşdirdiyiniz yolla inamla addımlayırıq. Sizə uğurlar, xoşbəxtlik və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Ağayeva Etibar Dilavər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.