29 avqust 2017, 17:00

Famil Səfiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz ilə ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülüb. Çernobıl əlilləri də bunu gündəlik həyatlarında hər zaman hiss ediblər. Bu zümrədən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların işlə təmin edilməsi hər zaman Sizin diqqətinizdə olub.

Əziz Prezidentimiz, bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, müstəqil dövlətimizin tərəqqisi və möhkəmlənməsi yolunda fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Səfiyev Famil Məhəmməd oğlu,

Pirallahı Rayon Çernobıl Əlilləri Cəmiyyətinin sədri. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.