29 avqust 2017, 17:30

Şəhla Zalovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uğurlu daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirəm. Bu gün ölkəmizdə ictimai asayişin qorunmasında, sabitliyin təmin edilməsində Sizin rolunuz əvəzedilməzdir. Əlbəttə, bu sabitlik ölkəmizin inkişafında, ardıcıl uğurların əldə olunmasında başlıca şərtdir.

Sizin tapşırıqlarınıza və müəyyən etdiyiniz siyasi xəttə uyğun olaraq, hazırda dövlət qurumlarında vətəndaşlara və onların müraciətlərinə yüksək diqqət göstərilir, hər bir məsələyə məsuliyyətlə yanaşılır.

Cənab Prezident, qeyd etdiyim bu amillər Sizin dövlətimizə və dövlətçiliyimizə olan sədaqətinizdən, xalqa və Vətənə məhəbbətinizdən xəbər verir. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Zalova Şəhla İsmayıl qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.