30 avqust 2017, 13:00

Gürşad Ramazanovdan, Beyləqan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmişəm və II qrup əliləm. Bu ağır qəzanın səhhətimə vurduğu ziyanın təsirindən uşaqlarımın üçü də xəstədir. Bizim vəziyyətimizlə əlaqədar mütəmadi olaraq müalicəyə ehtiyacımızın olduğunu hər kəs bilir. Şükürlər olsun ki, dövlətimiz tərəfindən bu ehtiyacımız lazımi qaydada ödənilir. Sizin diqqət və qayğınız nəticəsində özüm və uşaqlarım müxtəlif şəhərlərdə müalicə almışıq.

Cənab Prezident, bütün xeyirxah əməllərinizə, əsl humanist münasibətinizə görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirir, “Çox sağ olun!” deyirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

Ramazanov Gürşad Behdud oğlu.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Bünyadlı kəndi.