01 sentyabr 2017, 16:30

Mahirə Verdiyevadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Mingəçevir şəhəri yaradılandan bəri su-kanalizasiya sistemi ilə təchiz edilmiş və sakinlərin su sarıdan rahatlığını təmin olunmuşdur. Lakin ötən müddət ərzində əhalinin artması və su xətlərinin köhnəlməsi səbəbindən bəzi qəzalar baş verir, sakinlərin su ilə təmin edilməsində fasilələr yaranırdı. 

Sizin Mingəçevirdə su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı Sərəncamınız bizi çox sevindirdi. İnanırıq ki, layihənin icrasından sonra mövcud problemlər aradan qalxacaq və biz daimi içməli su ilə təmin olunacağıq. 
Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq, cənab Prezident!

Hörmətlə, 

Verdiyeva Mahirə Əşrəf qızı. 

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.