İlham Əliyev “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin açılışında iştirak edib

02 sentyabr 2017, 15:50
İlham Əliyev “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin açılışında iştirak edib

Cəlilabadda “Avanqard” Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda paxlalı bitkilərin, o cümlədən noxud, lobya, mərci və digərlərinin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Emal kompleksində müasir tələblərə cavab verən taxıl anbarı və dəyirmanda Azərbaycan və Türkiyə, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda isə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb.

Prezident İlham Əliyevə Cəlilabadda istehsal olunan paxlalı bitkilər haqqında məlumat verildi. Bildirildi ki, bu il 0,7 min hektar sahədə mərci, 4,5 min hektar sahədə noxud, 4,5 min hektar sahədə lobya və 120 hektar sahədə qarabaşaq yetişdirilib. Ümumilikdə 1,1 min ton mərci, 8,1 min ton noxud, 11,2 min ton lobya, 240 ton qarabaşaq istehsal olunub.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Müəssisənin 100 faiz yerli xammal bazası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu məqsədlə regionda fəaliyyət göstərən fermerlərlə müvafiq müqavilələr bağlanıb və onlarla emal kompleksinin tələbatına uyğun olaraq məhsul istehsal etmələri istiqamətində təşviqat işləri aparılıb. Bu layihə emal müəssisəsinin fəaliyyəti zamanı idxaldan asılılığı azaltmaqla yanaşı, yerli fermerlərə stimul verir, onları məhsul istehsalının həcmini daha da artırmağa sövq edir.

Qeyd edildi ki, taxıl anbarının tutumu 10 min ton, müasir dəyirman kompleksinin emal gücü isə saatda 30 tondur. Ümumi dəyəri 5,3 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat məbləğində güzəştli kredit, həmçinin dəyəri 850 min manat olan çeşidləmə və qablaşdırma avadanlıqları üçün investisiya təşviqi sənədi verilib. Xammal və hazır məhsulların daşınması üçün iri tutumlu 5 nəqliyyat vasitəsi alınıb.

Layihənin tam icrası nəticəsində 80-dək daimi yeni iş yeri yaradılacaq. Ölkədə bu cür müəssisələrin yaradılması idxaldan asılılığın aradan qaldırılması və ixracyönümlü məhsulların çeşidinin artırılmasında da mühüm rol oynayır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10