06 sentyabr 2017, 14:10

Natəvan Baxşəliyevadan, Mingəçevir, Azərbaycan

 Hörmətli cənab Prezident,

Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində mühüm işlər görülüb. Bir çox şəhər və rayonlarımız kimi, Mingəçevir şəhəri də son illər ərzində böyük inkişafa nail olub, müasirləşib.

“Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 29 avqust tarixli Sərəncamınız bizdə xoş əhval-ruhiyyə yaratdı.

Hörmətli cənab Prezident, bütün bunlar Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğınızın nəticələridir. Bir daha Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və qüdrətli bir dövlətə çevrilməsi istiqamətində fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Tanrı Sizi və Azərbaycan qorusun.

Hörmətlə,

Baxşəliyeva Natəvan Savalan qızı.    

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.