Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Zati-aliləri cənab Kim Çen Ina

08 sentyabr 2017, 17:50

Zati-aliləri,

Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 sentyabr 2017-ci il.