09 sentyabr 2017, 14:15

İslam Abayevdən, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yaşadığımız Vladimirovka kəndi rayonumuzun ən böyük yaşayış məntəqələrindən biridir. Burada 3148 sakin yaşayır. Son illərdə kəndimizdə sosial problemlərin həlli istiqamətində xeyli iş görülsə də, içməli su sarıdan çətinliklər qalmaqda idi. Bu il avqustun 23-də imzaladığınız Sərəncama əsasən bizim kənddə də artezian su quyusunun qazılması nəzərdə tutulub. Bu, kəndimizin əhalisi tərəfindən böyük sevinc, razılıq hissi ilə qarşılanıb.

Hörmətli cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, rəhbərliyiniz altında həyata keçirilən islahatları dəstəkləyir və bu sahədə daim Sizin yanınızdayıq. 

Quba rayonunun Vladimirovka kəndinin sakinləri adından dərin hörmətlə,

Abayev İslam Əhmədpaşa oğlu,

Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi.

Azərbaycan Respublikası, Quba rayonu, Vladimirovka kəndi.