Gerb

24 iyun 2011, 10:10

İyunun 23-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Telefon söhbətində Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münaqişə tərəfləri üçün həlledici addımın atılmasının önəmli olduğunu bildirmiş, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd etmişdir.

Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdı