İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12 sentyabr 2017, 10:05
İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.

Səfir Viktor Szederkenyi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Viktor Szederkenyi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu dedi. Macarıstanın Azərbaycan üçün çox cəlbedici ölkə olduğunu deyən dövlətimiz başçısı qarşılıqlı səfərlərin getdikcə artdığını məmnunluqla vurğuladı. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə müntəzəm görüşlərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Macarıstan Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biridir.

İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, investisiya, nəqliyyat və enerji, əczaçılıq, kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Humanitar və mədəniyyət sahələrində də əməkdaşlığın uğurla davam etdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimizdə artıq bir sıra qarşılıqlı mühüm mədəni tədbirlər keçirilib ki, bu da xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişaf etdirilməsi işinə xidmət edir.

Səfir Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Baş nazir Azərbaycan Prezidenti ilə şəxsi dostluq əlaqələrini yüksək qiymətləndirir. O bildirdi ki, bu əlaqələr bir səfir kimi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi ilə bağlı mənim gələcək fəaliyyətimə istiqamət verir. Macarıstanlı diplomat iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün çox böyük imkanların olduğunu bildirdi. Sonra səfir dedi: “Mən sizin gözəl ölkənizdə səfir kimi fəaliyyət göstərməyimdən həddindən artıq məmnunluq hissi keçirirəm. Sizin ölkəniz, xalqınız, mədəniyyətiniz haqqında daha çox bilgi əldə etmək əzmindəyəm”.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin və Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədin hazırlanmasının önəmi qeyd olundu və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10