14 sentyabr 2017, 14:20

Mansur Talıbovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin göstərdiyiniz diqqət və qayğı bizim üçün əvəzsiz nemətdir. Xüsusilə yaşadığımız çoxmənzilli binaların dam örtüklərinin təmir edilməsi üçün imzaladığınız Sərəncam buna ən gözəl misaldır. Biz bunu çoxdan arzulayırdıq.

Çox hörmətli Prezident, bu Sərəncamınız sübut edir ki, Sizin fəaliyyətinizin əsasında Azərbaycan vətəndaşının sakit, rahat və firavan yaşayışı dayanır. Bütün bunlara görə ailə üzvlərimin və qonşularımın adından Sizə ən səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun.

Hörmətlə,

Talıbov Mansur Şahməmməd oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.