20 sentyabr 2017, 14:20

Zenfira Pirəliyevadan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son illər Sizin rəhbərliyiniz ilə Azərbaycanın səhiyyə sistemində mütərəqqi islahatlar həyata keçirilir. Müasir texnologiyaların tətbiqi nəticəsində tibbin bütün sahələri durmadan inkişaf edir, tibb ocaqları müasir avadanlıqlarla təmin olunur.

Mən bu yaxınlarda Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardiologiya şöbəsində müalicə aldım və bundan çox məmnun qaldım. İndi özümü yaxşı hiss edirəm.

Möhtərəm Prezident, biz vətəndaşlar səhiyyə sistemində görülən müsbət işləri alqışlayır və bu sahənin gələcəkdə daha da inkişaf edəcəyinə, Azərbaycan vətəndaşlarının Sizin müdrik rəhbərliyiniz sayəsində daha yaxşı tibbi xidmətlərlə təmin olunacağına inanırıq.

Azərbaycanın tərəqqisi və vətəndaşların rifah halının yaxşılaşması naminə çətin və şərəfli fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Pirəliyeva Zenfira Nəsir qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.