21 sentyabr 2017, 14:00

Azər Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın ərazi bütövlüyü uğrunda və hərbi xidməti vəzifəsini yerinə yetirərkən fiziki sağlamlığını itirmiş vətəndaşlara, müharibə iştirakçılarına göstərilən diqqət və qayğının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Sizin rəhbərliyinizlə xüsusi qayğıya ehtiyacı olan ailələrin, xüsusilə də Qarabağ müharibəsi və aprel döyüşləri iştirakçılarının sosial problemlərinin həlli, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Əziz Prezidentimiz, Sizin diqqət və qayğınızdan aprel döyüşləri əlili olaraq mənə və ailəmə də böyük pay düşüb. Bu günlərdə dünyaya göz açan körpəmə xəstəxanada həssas münasibət göstərilməsi ailəmizdəki sevincə sevinc qatdı. Bizə bəxş olunan bu sevinc üçün ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyəinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Azər Arif oğlu,

aprel döyüşləri əlili.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 6-cı mikrorayon.