25 sentyabr 2017, 11:40

Nurəddin İbrahimov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

15 sentyabr - Bilik Günü Seydimli kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri üçün ikiqat bayrama çevrildi. Məktəbimiz üçün tikilmiş 260 yerlik yeni korpus istifadəyə verildi. Müasir tələblərə uyğun avadanlıqlarla tam təchiz olunmuş geniş, yaraşıqlı  sinif otaqları doğma şagirdləri bağrına basdı.

Biz təhsil işçilərinə göstərdiyiniz diqqət və qayğıya, yaradılan şəraitə görə Sizə öz minnətdarlığımızı bildiririk. Ulu Öndərimizin dediyi kimi, “Təhsil millətin gələcəyidir”.

Biz öz növbəmizdə gələcəyimiz olan uşaqlara yüksək təhsil verməyə çalışırıq. Bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!

Hörmətlə,

Tərtər rayon Seydimli kənd tam orta məktəbin kollektivi adından

Nurəddin İbrahimov,

Sürəyya Hüseynova,

Aynurə Vəliyeva,

Təbriz Quliyev.

Azərbaycan Respublikası, Tərtər rayon.