26 sentyabr 2017, 15:30

Elşad Əzizovdan, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin sentyabrın 24-də Neftçala rayonuna tarixi səfəriniz bizi çox sevindirdi və hamımız bu səfərin xoş ovqatını yaşayırıq.

Ölkəmizdə ilk pilot layihə olan Neftçala Sənaye Məhəlləsinin açılışı, burada müasir avtomobil zavodunun tikilməsi qürurvericidir. Rayonun mərkəzi xəstəxanasının əsaslı təmir olunması, Neftçala elektrik şəbəkə sisteminin yenidən qurulması, suvarma sahəsində müstəsna əhəmiyyətə malik Neftçala magistral kanalının tikilməsi, təmirə ehtiyacı olan kəndlərarası avtomobil yollarının asfaltlaşdırılması üçün verdiyiniz tapşırıqlara, biz neftçalalılara göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik. Xalqımız rifahının yaxşılaşdırılması, müstəqil dövlətimizin regionda və dünyada qüdrətinin daha da artırılması naminə uğurlu fəaliyyətinizi səmimi qəlbdən alqışlayırıq. Bu çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər və uğurlar arzu edirik.

Hörmətlə,

Əzizov Elşad Əşrəf oğlu,

Ulu öndər Heydər Əliyevin göndərişi ilə 1970-80-ci illərdə

Moskvada təhsil alan məzunlar icmasının sədri.

Azərbaycan Respublikası, Neftçala şəhəri.