27 sentyabr 2017, 13:40

Rəsul Cumayev və başqalarından, Balakən, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir.  Son illər Sizin sayənizdə Azərbaycanın iqtisadi və sosial həyatı durmadan inkişaf edir, xalqın həyat şəraiti gündən-günə yaxşılaşır.

Respublikamızda bir çox sahələr kimi, təhsil sahəsi də daimi dövlət qayğısı ilə əhatə olunub. Biz bunu rayonumuzun timsalında aydın şəkildə görürük. Balakən rayonunda təhsilə göstərilən dövlət qayğısı göz önündədir.

2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığınıza uyğun olaraq rayonun ucqar Solban kəndində I-IV sinif şagirdləri üçün 20 yerlik modul tipli məktəb quraşdırılmış və Bilik günündə istifadəyə verilmişdir.

Cənab Prezident, bizə bu xoş günləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qüdrətlənməsi və çiçəklənməsi yolunda əldə etdiyiniz nailiyyətlərinizin sayının daha da çox olmasını diləyirik. Ulu Tanrıdan arzu edirik ki, Siz Azərbaycanımızın rəhbərliyindən əskik olmayasınız.

Solban kənd sakinləri və yeni quraşdırılmış modul tipli məktəbin müəllimləri adından hörmətlə,

Cumayev Rəsul Lətif oğlu

Cirinqov Rəşid Ömər oğlu

Muquşov İbrahim Ömər oğlu

Dibirova Kəmalə Nəcməddin qızı və başqaları.

Azərbaycan Respublikası, Balakən rayonu, Solban kəndi.