28 sentyabr 2017, 11:50

Novruz Abdullayev və başqalarından, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

Lənkəran şəhərində çay, çəltik və sitrus meyvəçiliyinin inkişafı məsələləri ilə bağlı keçirdiyiniz müşavirə biz lənkəranlılara, zəhmətkeş insanlara göstərdiyiniz yüksək etimad oldu. Bu, hər bir zəhmətkeş lənkəranlı üçün qürurvericidir.

Lənkəran həmişə özünün çayı, çəltiyi və sitrus meyvələri ilə məşhur olub, tanınıb. Sevinirik ki, bu təsərrüfat sahələri Sizin şəxsi təşəbbüsünüzlə daha da genişləndirilir, inkişaf etdirilir. Bu, bizə tükənməz inam, ümid verir. Çox şadıq ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin rəhbərliyinizlə ruzimizin bol, imkanlarımızın geniş olduğu dövrdə yaşayırıq.

Hörmətlə,

Abdullayev Novruz Rəhim oğlu

Kəlbiyev Rəcəbəli Məmmədxan oğlu

Süleymanov Etibar Ağaxan oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, İstisu qəsəbəsi.