28 sentyabr 2017, 12:50

Ağamir Abbasovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təhsilə göstərdiyiniz böyük qayğının nəticəsidir ki, bu gün ölkəmizin ən ucqar kəndlərində belə müasir məktəblər inşa olunur və ya köhnələri əsaslı təmir edilərək istifadəyə verilir. İndi övladlarımız daha yaxşı məktəblərdə təhsil alır, gələcəyə nikbin baxırlar.

Yaşadığımız Ağcabədi rayonunun Hacılar kəndinin məktəbi yararsız vəziyyətdə idi. Bu yaxınlarda məktəb əsaslı şəkildə təmir edildi və yeni dərs ili ərəfəsində bu tədris ocağının açılışı oldu.

Hötmətli cənab Prezident, kəndimizin məktəbinin yüksək səviyyədə təmir olunmasına və yeni avadanlıqla təchiz edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İşləriniz avand olsun.

Hörmətlə,

Abbasov Ağamir Çırax oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacılar kəndi.