29 sentyabr 2017, 12:15

Əfruzə Hacıyevadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Sovet dönəmindən qalmış köhnə, darısqal sinif otaqlarından yeni məktəbə köçəcəyik. Tərtər rayonunun Poladlı kənd ümumi orta məktəbi üçün yeni modul tipli məktəb binası inşa olunur. Kollektivimizə və şagirdlərə bu sevinci yaşatdığınız üçün Sizə minnətdarıq.

Fəxr edirik ki, daim yanımızda olan, qayğımıza qalan Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun.

Hörmətlə,

Hacıyeva Əfruzə.

Azərbaycan Respublikası, Tərtər rayon, Poladlı kəndi.