Gerb

03 oktyabr 2017, 15:00

Hörmətli cənab Prezident,

Sizin BMT Baş Assambleyasındakı çıxışınız Azərbaycan xalqını ürəkdən sevindirdi. Sizin sayənizdə dünyanın bir çox liderləri erməni terrorizmi haqqında daha ətraflı məlumat əldə etdilər. Sizin yürütdüyünüz xarici siyasət nəticəsində terrorçu Ermənistanın xarici siyasəti iflic olub. Ermənistanın bütün beynəlxalq layihələrdən təcridi də Sizin uzaqgörən və müdrik siyasətinizin nəticəsidir. Hər zaman Azərbaycan xalqının maraqlarını müdafiə etdiyiniz üçün ermənipərəstlər tərəfinizdən Sizə qarşı müxtəlif qarayaxma kampaniyaları həyata keçirilir. Lakin Azərbaycan xalqı Sizin tutduğunuz şərəfli və ləyaqətli yolu hər zaman dəstəkləyir. 

Çox hörmətli Prezident, balanslaşdırılmış xarici siyasətinizin sayəsində indi biz firavan  və xoşbəxt həyat sürürük. Sizin yürütdüyünüz xarici siyasət bütün dünyada dərsliklərə salınmalıdır. Çünki bizim regionumuz kimi həssas bir bölgədə belə böyük uğurlara nail olmaq üçün Sizdən öyrəniləsi çox şey var. Azərbaycan xalqı Sizinlə hər zaman fəxr edib və edəcək. Sizin sayənizdə biz gələcəyə hər zaman ümidlə baxırıq. Çünki Azərbaycan dövləti əmin əllərdədir.

Hörmətlə,

Əhmədov Cavid İlqar oğlu.

Macarıstan, Peç şəhəri.