04 oktyabr 2017, 12:30

Tərlan Nürməmmədov və İlhamə Hüseynovadan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son iki ildə Şəki rayonunun Kiş kəndi ilə bağlı iki  sərəncam imzalamağınız bütün Şəki camaatını sevindirdi. Kiş çayı üzərində körpünün bərpası, “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması haqqında olan bu sərəncamlar ümumilikdə qədim Şəkiyə göstərilən diqqətdən irəli gəlir.

Cənab Prezident, bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Tərlan Nürməmmədov

İlhamə Hüseynova.

Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi.