Gerb

04 oktyabr 2017, 14:20

Möhtərəm cənab Prezident,

Dünyan şöhrətli alim Lütfi Zadənin cənazəsinin Azərbaycana gətirilməsinə və Fəxri xiyabanda dəfn edilməsinə göstərdiyiniz köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin bu addımınız elmə, insanlığa, ziyalılara dərin hörmətinizin, ehtiramınızın bariz nümunəsidir.

Siz Lütfi Zadəni Azərbaycana gətirməklə Azərbaycanı daha da şöhrətləndirdiniz. Bir ağsaqqal kimi deyirəm: “100 yaşayın, xoşbəxt olun! Allah Sizi bütün bəlalardan hifz etsin. Amin.”.

Hörmətlə,

Abbasov Taryel Sarı oğlu, müharibə veteranı.

Azərbaycan Respublikası, Goranboy rayonu.