Gerb

05 oktyabr 2017, 12:30

Möhtərəm cənab Prezident!

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalandığı 14 sentyabr tarixi Azərbaycan üçün əlamətdar bir gün oldu.

Müstəsna əhəmiyyətə malik “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin dövlətimiz üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanması, həmin yataqların birgə işlənməsinin 2050—ci ilədək uzadılması Azərbaycanın qarşısında yeni üfüqlər açır.

Mən özüm neftçiyəm və 23 ildir ki, bu sahədə çalışıram. Sizin sayənizdə neftçilərin həyat şəraiti, güzəranı son illər ərzində xeyli yaxşılaşıb.

Möhtərəm cənab Prezident, “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yenilənmiş Sazişin imzalanmasına görə Sizi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanı və bütövlükdə Azərbaycan xalqını təbrik edir, bu mühüm və əlamətdar hadisənin reallaşmasına görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Asif Ulubəy oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.