05 oktyabr 2017, 15:10

Elmur Həsənovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Masallı rayonunun Birinci Səmədxanlı kəndinin sakinləri respublikamızda həyata keçirilən siyasəti, sosial sahədə görülən işləri, qazanılan uğurları hər zaman təqdir edirlər. Xalqımız çox xoşbəxtdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs Sizin tərəfinizdən uğurla davam etdirilir. Xalqımızın maddi rifah halı gündən-günə yaxşılaşır. Vətəndaşlara dövlət qayğısı daim diqqət mərkəzindədir.

Sizin təşəbbüsünüzlə yaradılan “Asan xidmət”in fəaliyyətindən çox razıyıq. Mən özüm də bu xidmətdən dəfələrlə istifadə etmişəm.

Hörmətli cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənov Elmur Həsrətqulu oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Birinci Səmədxanlı kəndi.