05 oktyabr 2017, 18:45

Ruhiyyə Mahmudova və Dürdanə Ağayevadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Beynəlxalq Müəllim Günü ərəfəsində bizi yüksək dövlət mükafatına layiq gördüyünüzə, pedaqoji əməyimizə yüksək qiymət verdiyinizə, Sərəncamınızla bizə sevinc bəxş etdiyinizə görə Sizə dərindən minnətdarlığımızı bildirir, daha fədakarlıqla, yorulmadan çalışmaq, daha layiqli Vətən övladları tərbiyə etmək üçün bu təltifi daimi hərəkətverici qüvvə kimi qəbul edirik. Hər bir Azərbaycan vətəndaşına, hər bir müəllimə göstərdiyiniz tükənməz qayğının nəticəsidir ki, biz firavan Azərbaycanda xoşbəxt həyat yaşayırıq. Buna görə Sizi bütün varlığımızla alqışlayırıq.

Cənab Prezident, Vətənimiz, millətimiz naminə Allah Sizi qorusun. Ailəniz səadət ünvanlı, canınız sağ, həyatınız firavan, ömrünüz uzun olsun.

Dərin hörmət və ehtiramla,

Mahmudova Ruhiyyə, “Tərəqqi” medalı ilə təltif olunmuş İsmayıllı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi,

Ağayeva Dürdanə, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş İsmayıllı şəhər 5 saylı tam orta məktəbin riyaziyyat müəllimi.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.