09 oktyabr 2017, 13:00

Əli Xəlilovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizdə, o cümlədən rayonumuzda və kəndimizdə aparılan abadlıq-quruculuq işləri hamı kimi, məni də çox sevindirir. Sosial problemlərin həll olunması da təqdirəlayiqdir. Sizin göstərişinizlə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində mən də işlə təmin olundum.

Əziz Prezidentimiz, bütün bunlara görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümü bildirirəm. Biz gənclər həmişə Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik, göstərişlərinizi layiqincə yerinə yetirməyə hazırıq.

Hörmətlə,

Xəlilov Əli Seyran oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Musaküçə kəndi.