10 oktyabr 2017, 16:00

Bəhrəm Heydərovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin yorulmaz əməyiniz və apardığınız uğurlu siyasət nəticəsində ölkəmiz gündən-günə çiçəklənir və inkişaf edir. Respublikamızın hər yerində olduğu kimi, bizim rayonumuzda da bir çox mühüm işlər görülüb.

Sizin kənd təsərrüfatının inkişafına göstərdiyiniz qayğı nəticəsində insanlar yenidən torpağa qayıdır, əkin-biçinlə məşğul olur, rayonumuzda əkinçilik sahəsi canlanır.

Hörmətli cənab Prezident, biz inanırıq ki, məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində xalqımız azad və firavan yaşayacaq. Bütün bunlara görə şəxsən öz adımdan və yaşadığım Masallı rayonunun sakinləri adından Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və dövlət işlərində uğurlar arzu edirəm.

Hörmətlə,

Heydərov Bəhrəm Murad oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yelağac kəndi.