11 oktyabr 2017, 14:00

Kamil Eyyubov və başqalarından, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. Son illərdə Sizin sayənizdə ölkəmizin iqtisadi və sosial həyatı durmadan inkişaf edir, xalqın həyat şəraiti gündən-günə yaxşılaşır. Vətənimiz Azərbaycanın sürətlə inkişaf edib dünyada böyük nüfuz qazanması xalqımızı çox sevindirir. Ölkəmizin hər yerində aparılan abadlıq-quruculuq işləri hamıda ruh yüksəkliyi yaradır. Biz bunu Sizin əvəzsiz qayğınız hesab edirik.

Siz mütəmadi olaraq regionlara səfərlər edir, yerlərdə sadə insanlarla görüşür, mövcud problemlərlə yaxından maraqlanır və onların həlli üçün müvafiq göstərişlər verirsiniz. Bununla da xalqımıza olan sevginizi bariz şəkildə sübut edirsiniz. İndi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün hər cür şərait mövcuddur. Regionların inkişafına göstərdiyiniz diqqət və qayğı göz qabağındadır. Bu inkişafın bariz nümunəsini biz Oğuz rayonunun, eləcə də yaşadığımız Sincan kəndinin timsalında daim müşahidə edirik. Belə ki, kəndimizin içməli su ilə təmin edilməsi, ilk dəfə olaraq təbii qaz xəttinin, müasir tələblərə cavab verən asfalt yolun çəkilməsi, elektrik dirəklərinin və naqillərin tamamilə dəyişdirilərək yeni metal dirəklər və sip-kabellərlə əvəz edilməsi, yeni transformatorların quraşdırılması, kənddaxili yolların təmir olunması əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasında və rifah halının yüksəlməsində əvəzsiz rol oynayır. 

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Eyyubov Kamil

Şəmsəddinov Nizami

 Səfərəliyev Namizəd

 Mustafayev Rafiq və başqaları (cəmi: 20 nəfər).

Azərbaycan Respublikası, Oğuz  rayonu, Sincan kəndi.