Gerb

14 oktyabr 2017, 13:50

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı tarixin sınağından uğurla keçib və Ümummilli Liderin uzaqgörənliyini həyatda bir daha təsdiq edir.

Siz Ulu Öndərimizin siyasi kursunu layiqincə davam etdirir, təhsilə, mədəniyyətə böyük qayğı göstərir və diqqət ayırırsınız. Azərbaycanda məktəblərin tikintisinin geniş vüsət alması bütün bunlara əyani sübutdur. Yeni məktəblər müasirləşən Azərbaycanımıza təkcə yaraşıq vermir, həm də o təhsil ocaqları millətin tərəqqi evlərinə çevrilib.

Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir qrup müəllimin fəxri adlarla təltif edilməsi barədə Sərəncamınızda adımı görəndə çox sevindim.

Hörmətli cənab Prezident, mənə və ailəmə bu fərəhi bəxş etdiyiniz üçün var olun, ömrünüz uzun olsun. Mübarək imzanızla “Əməkdar müəllim” fəxri adına layiq görülməyin sadə bir ailədə böyüyən müəllimə verdiyiniz böyük dəyərdir. Bu ad həm də mənim məsuliyyətimi daha da artıracaq. Sizi əmin edirəm ki, bundan sonra da Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqətlə, məhəbbətlə xidmət edəcək, Vətənin sabahı üçün hərtərəfli şəxsiyyətlər yetişdirməkdə qüvvə və bacarığımı əsirgəməyəcəyəm.

Hörmətlə,

Əsədov Ədalət İxtiyar oğlu, Əməkdar Müəllim, Qubadlı rayonu, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.