14 oktyabr 2017, 16:00

İqbal Quliyev və başqalarından, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz daim xalqımıza diqqət və qayğı göstərməklə yanaşı, həm də vətəndaşların müraciətlərinin vaxtında, düzgün icra olunması istiqamətində böyük işlər görmüsünüz. Fəxr edirik ki, müstəqil və demokratik Azərbaycanın Sizin kimi müdrik Prezidenti var. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin respublikamıza rəhbərlik etdiyiniz müddətdə Azərbaycanımız böyük inkişaf yolu keçib, bütün sahələrdə uğurlar və nailiyyətlər əldə olunub. Bununla yanaşı, respublikamızda ictimai-siyasi sabitlik və əmin-amanlıq qorunub saxlanılıb, xalqımıza xoş güzəran bəxş edilib. Buna görə də Sizin apardığınız uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir, dövlətimiz və xalqımız qarşısındakı  əvəzsiz xidmətlərinizi yüksək qiymətləndiririk.

Yaşadığımız Astara rayonunda bir neçə gün əvvəl yağan intensiv leysan yağışları nəticəsində baş vermiş daşqın nəticəsində Rüdəkənar və Qapıçıməhəllə kəndlərində evlərin həyətləri su altında qalmış, insanlar çətin vəziyyətə düşmüşdülər. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması və köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi üçün dövlət tərəfindən dərhal lazımi tədbirlər görüldü.

Möhtərəm cənab Prezident, bütün bunlar Sizin əvəzsiz xidmətlərinizin növbəti bariz nümunəsidir. Göstərilən köməyə, cəsarətli və mərd addımlarınıza görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Quliyev İqbal Xeyrulla oğlu

Əliyev Əli Ağadədə oğlu

Əzimov Güloğlan Səttar oğlu

Baxşıyev Mirzağa Ağa oğlu və başqaları (cəmi: 21 nəfər).

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.