16 oktyabr 2017, 15:30

Rövşən Əliyevdən, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Dünyada baş verən siyasi-iqtisadi böhranlara baxmayaraq, Siz Azərbaycanı inamla, dəyanətlə yüksəlişə doğru aparırsınız. Siz respublikamızın hər bir bölgəsinə, o cümlədən İsmayıllı rayonuna böyük qayğı ilə yanaşırsınız.

Yaşadığımız Lahıca qaz xəttinin çəkilməsi, qəsəbəmizdə yeni məktəbin və Dəmirçi-Lahıc yolunun tikintisi barədə sərəncamlar imzalamaqla Siz qədim Lahıca yeni həyat bəxş etmiş, həyatımıza, məişətimizə rahatlıq, təhsilimizə yeni yüksəliş gətirmisiniz. Sizin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sayəsində Lahıc bütün dünyada tanınır, tariximiz, milli-mənəvi və dini dəyərlərimiz, eləcə də misgərlik sənətimiz qorunur, yaşadılır və zənginləşdirilir.

Çox hörmətli Prezident, bizi xoşbəxt həyata qovuşdurduğunuza, Lahıca böyük dəyər verdiyinizə görə Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Xalqımızı daha xoşbəxt gələcəyə aparmaqda Allah Sizə yar olsun.

Sizin Ali Baş Komandanlığınızla Qarabağda böyük Qələbənin qazanılacağına inanan Lahıc qəsəbəsinin sakinləri adından dərin hörmətlə,

Əliyev Rövşən Mirzə oğlu

Əməkdar Müəllim

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.