Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 oktyabr 2017, 18:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Rəhmanov Nəriman Rəhmanoviç

“Əməkdar mühəndis”

Əhmədov Canəhməd Səbzulla oğlu

Qafarlı Etibar Məmməd oğlu

Ramazanov Qəzənfər Çoban oğlu

Tağıyev Sadir Sadıq oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2017-ci il.