20 oktyabr 2017, 19:00

İnqilab Səlimovdan, Qubadlı, Azərbaycan

Çox hörmətli Mehriban xanım,

Mən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti ürəkdən bəyənir, alqışlayır və dəstəkləyirəm. Qloballaşan, iqtisadi və siyasi böhran keçirən dünyada Azərbaycanı uzaqgörənliklə idarə edən Prezidentimizə dəstək göstərdiyinizə, ölkə həyatının bütün sahələrinə, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ayırdığınız diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Müəllimlər Günündə Sizin Qubadlı rayonundan olan məcburi köçkünlərlə görüşünüz, yeni istifadəyə verilən Xanlıq kənd ümumi orta məktəbində yaradılan şəraitlə tanış olmağınız, rayon müəllimlərinin ünvanına xoş sözlər söyləməyiniz bizim doğma və əzəli torpaqlarımıza qayıtmaq ümidimizi daha da artırdı.

Möhtərəm Mehriban xanım, üzərinizə düşən çətin vəzifəni gələcəkdə də uğurla yerinə yetirməyinizi arzulayıram.

Dərin ehtiram hissi ilə,

Səlimov İnqilab, Qubadlı rayonu B.Əsgərov adına Xələc kənd tam orta məktəbinin biologiya müəllimi.

Azərbaycan Respublikası, Qubadlı rayonu.