02 noyabr 2017, 15:25

Qurban Aşurovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı münasibətilə Sizi və xalqımızı təbrik edirəm. Bu, həqiqətən də çox böyük hadisədir. Bu, Sizin uğurlu siyasi strategiyanızın nəticəsidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, vətənpərvərliyiniz, xalqımıza olan sevginiz sayəsində daha da zənginləşib. Sizin yürütdüyünüz uğurlu siyasət, apardığınız hərtərəfli və dərin islahatlar sayəsində Azərbaycan demokratik bir ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Fürsətdən istifadə edərək, Birinci vitse-prezident xanım Mehriban Əliyevanı və bütövlükdə Azərbaycan xalqını təbrik edir, bu mühüm və əlamətdar hadisənin reallaşmasına görə Sizə minnətdarlığımı bildirirəm.

Çox hörmətli Prezident, Azərbaycan tutduğu yol haqq yoludur. Bu yolda Sizə uğurlar arzulayırıq. Biz Sizin siyasətinizi dəstəkləyir, müəyyənləşdirdiyiniz yolla inamla addımlayırıq. Bir daha Sizə uğurlar, xoşbəxtlik və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Aşurov Qurban Azər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.