04 noyabr 2017, 15:00

Osman Xəlilovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı münasibətilə Sizi, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı və bütövlükdə Azərbaycan xalqını təbrik edir, bu mühüm və əlamətdar hadisənin reallaşmasına görə Sizə minnətdarlığımı bildirirəm.

Sizin yürütdüyünüz uğurlu siyasət, apardığınız hərtərəfli və dərin islahatlar sayəsində Azərbaycan demokratik bir ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Fürsətdən istifadə edərək, cənab Prezident, qaçqın və məcburi köçkün ailələrinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu.