07 noyabr 2017, 12:25

Elmira Şükürovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin şəxsi nüfuzunuz və uzaqgörən siyasətiniz nəticəsində ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə Sizi təbrik edirəm. Bu, eyni zamanda, Sizin hakimiyyətiniz dövründə düşmənə vurulan ağır iqtisadi zərbədir. Arzu edirik ki, işğal altında olan rayonlarımız Sizin rəhbərliyinizlə tez bir zamanda azad edilsin, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Kəlbəcər rayonuna dəmir yolu xətti çəkilsin.

Möhtərəm cənab Prezident, Tanrı Sizi qorusun ki, Siz də millətimizi qoruyasınız.

Hörmətlə,

Şükürova Elmira, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan Qəsəbəsi.