07 noyabr 2017, 16:50

Firqan Məmmədov və başqalarından, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sərəncamınıza əsasən Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin və fasadlarının təmiri üçün vəsaitin ayrılması hamımızı sevindirdi. Bizim yaşadığımız bina şəhərin “köhnə şəhər” adlanan hissəsində dəmir yolu vağzalının yanında yerləşir. Binanın dam örtüyü indiyədək təmir edilmədiyindən tamamilə yararsız halda idi. Sizin ayırdığınız vəsait hesabına yararsız dam örtüyü yenisi ilə əvəz olundu və bu, görkəmini tamamilə dəyişdi.

Hörmətli cənab Prezident, biz - Şirvan şəhərinin sakinləri Sizin daxili və xarici siyasətinizi, respublikada aparılan abadlıq və quruculuq işlərini bəyənir, bu işlərə görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Firqan Oruc oğlu

İbrahimov İlham Həmid oğlu

Novruzov Qədir Əvəz oğlu

Hüseynov Bəylər Əlifxan oğlu

Soltanov Soltanəli Soltan oğlu və başqaları.

Azərbaycan Respublikası, Şirvan şəhəri.