Gerb

07 noyabr 2017, 17:00

Hörmətli cənab Prezident,

Hazırda dünyanın diqqəti doğma Azərbaycanımıza yönəlib,  strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Mühüm beynəlxalq əhəmiyyət kəsb edən bu yolun açılışı ölkəmizə böyük iqtisadi, eyni zamanda, siyasi fayda gətirəcək. Çünki bu dəmir yolu xəttindən istifadə edəcək ölkələr arasındakı ticarət dövriyyəsi, qarşılıqlı əməkdaşlıq daha da genişlənəcək, sabitliyə və inkişafa daha böyük zəmin yaranacaq.

Hörmətli cənab Prezident, bu layihənin həyata keçirilməsində şəxsi əməyinizi yüksək qiymətləndirərək, Sizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Quliyev Rasim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.