Gerb

08 noyabr 2017, 14:00

Hörmətli cənab Prezident,

Tarixi əhəmiyyətli gün – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə şəxsən öz adımdan və ailəmin hər bir üzvü adından Sizi təbrik edirəm.

Doğma yurdun nailiyyətlərini, uğurlarını gördükdə insanın qəlbi məhəbbət və fərəh hissi ilə döyünür.

Cənab Prezident, gündən-günə çiçəklənən və inkişaf edən, qüdrətlənən Azərbaycanımız üçün gördüyünüz hər bir işdə, atdığınız hər bir addımda Sizə uğurlar arzu edir, Allahdan möhkəm cansağlığı diləyirəm.

Allah Sizi qorusun, uğurlarınız daimi olsun.

Hörmətlə,

Carçiyev Emin Mehman oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.