08 noyabr 2017, 15:30

Muxtar Səmədovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyiniz ilə doğma respublikamız inkişaf və tərəqqi yolunda sürətlə irəliləyir. Gələcək perspektivlərə hesablanmış mütərəqqi ideyalarınızın həyata keçirilməsi bütün sahələrdə olduğu kimi, təhsil sahəsində çalışanları da ürəkdən ruhlandırır.

Möhtərəm cənab Prezident, mənə “Əməkdar müəllim” fəxri adının verilməsi ilə bağlı noyabrın 2-də imzaladığınız Sərəncamınıza çox sevindim. Biz təhsil işçiləri Sizin diqqət və qayğınızı daim hiss edirik. Buna görə Sizə dərin minnətdarlığımı, hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Səmədov Muxtar Məmməd oğlu, Əməkdar Müəllim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.