10 noyabr 2017, 10:30

Məlahət Pənahəliyevadan, Sumqayıt, Azərbaycan

Çox hörmətli Prezident,

Azərbaycan üçün siyasi, iqtisadi, həm də böyük strateji əhəmiyyət daşıyan, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi xalqını sevən hər bir vətəndaş kimi məni də çox sevindirdi.

Bu sevinc hisslərini yaşadığımız ərəfədə məni “Əməkdar Müəllim” fəxri adı ilə təltif etməyiniz sevincimi ikiqat artırdı.

Çox hörmətli cənab Prezident, sadə bir vətəndaş kimi respublikamızın inkişafı və güclənməsi üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdarlığımı bildirir, bu yolda yeni-yeni uğurlar, uzun ömür, cansağlığı arzu edirəm.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Pəhanəliyeva Məlahət Ömər qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri