10 noyabr 2017, 10:40

Rəfail Ağayevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Oktyabrın 30-da açılışını etdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması münasibətilə Sizi və xalqımızı təbrik edirəm.

Həm region ölkələri, həm də tarixi İpək yolunun üzərində yerləşən ölkələr üçün çox mühüm əhəmiyyət kəsb edən bu dəmir yolu xəttinin Azərbaycanın siyasi-iqtisadi imkanlarını artıracağına, beynəlxalq mövqeyini daha da gücləndirəcəyinə əminik.

Möhtərəm Prezident, Sizin uğurlu xarici siyasətinizi xalqımız ürəkdən bəyənir və dəstəkləyir. Gələcək işlərinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Ağayev Rəfail Əlimirzə oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu