10 noyabr 2017, 10:50

Məleykə İlyasovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Mingəçevir şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bizim yaşadığımız “Sağ sahil” adlanan ərazidə su tez-tez kəsilir, saatlarla susuz qalırdıq. Görülən məqsədyönlü işlər nəticəsində belə hallar aradan qaldırılıb və əhali su ilə fasiləsiz təmin edilib.

Möhtərəm Prezident, biz bunu şəhərimizə göstərdiyiniz böyük diqqət və qayğı kimi qiymətləndiririk. Allah işlərinizi avand eləsin!

Hörmətlə,

İlyasova Məleykə Məmməd qızı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri